...

Dövlət Yol Polisi sürücülərə müraciət etdi - Bu pozuntulara görə...

Cəmiyyət Materials 12 Yanvar 2019 15:03 (UTC +04:00)
Qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb edilmiş şəxslər razılaşmadıqları hallarla bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etsinlər
Dövlət Yol Polisi sürücülərə müraciət etdi - Bu pozuntulara görə...

Bakı. Samir Əli - Trend:

Son vaxtlar nəqliyyat vasitələri sahibləri və sürücülərindən Bakı şəhərində dayanma və ya durma, habelə parklanma qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmələri ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə çoxsaylı elektron müraciətlər daxil olur.

İdarədən Trend-ə verilən məlumata görə, mövcud qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən Bakı şəhərinin inzibati ərazisində dayanma və ya durma, eləcə də parklanma qaydalarının pozulmasına görə inzibati xəta haqqında protokolların tərtib edilməsi, habelə tərtib edilmiş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinin Bakı Nəqliyyat Agentliyinə verilməsi nəzərə alınaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələri sahibləri və sürücülərindən xahiş edir ki, Bakı şəhərində bu növ qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb edilmiş şəxslər xətanın mövcudluğu ilə razılaşmadıqları hallarda aidiyyəti üzrə Bakı Nəqliyyat Agentliyinə müraciət etsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti