...

"A-Qroup" 50 sığortalının müalicəsini xaricdə təşkil edib

Cəmiyyət Materials 15 Yanvar 2019 11:55 (UTC +04:00)
Tibbi sığorta bazarında lider olan, "A-Qroup" Sığorta Şirkəti öz xidmətlərini yalnız Azərbaycanın ən yaxşı klinikalarında deyil, həm də onun hüdudları xaricində təqdim edir.
"A-Qroup" 50 sığortalının müalicəsini xaricdə təşkil edib

Bakı. Trend:

Tibbi sığorta bazarında lider olan, "A-Qroup" Sığorta Şirkəti öz xidmətlərini yalnız Azərbaycanın ən yaxşı klinikalarında deyil, həm də onun hüdudları xaricində təqdim edir.

Yalnız 2018-cı il ərzində "A-Qroup" Sığorta Şirkəti 50 sığortalının müalicəsini xaricdə təşkil etmiş və ödəmişdir.

Sığorta hadisələri aşağıdakılar olmuşdur: cərrahi müdaxilə, onkoloji xəstəliklərin müalicəsi və tibbi müayinə. Sığortalılar Türkiyə, Almaniya, Rusiya, İsrail, Ukrayna, Belarus və İranın ən yaxşı klinikalarında müayinə və müalicə alıblar.

Xatırlatmaq istərdik ki, "A-Qroup" 23 ildən artıqdır ki, öz müştərilərini sevən, onların hər birinin qayğısına qalan və onlara dünya standartlarına uyğun yüksək keyfiyyətli xidmət göstərən şirkət olaraq qalmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti