...

İlahiyyat İnstitutunda “Uğura gedən qısa yol” mövzusunda seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2019 18:57 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) jurnalist, yazıçı Varis Yolçuyevin təqdimatında “Uğura gedən qısa yol” mövzusunda seminar təşkil olunub.
İlahiyyat İnstitutunda “Uğura gedən qısa yol” mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) jurnalist, yazıçı Varis Yolçuyevin təqdimatında “Uğura gedən qısa yol” mövzusunda seminar təşkil olunub.

İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov tədbir iştirakçılarını salamlayaraq, tələbələrin dünyagörüşünün zənginləşdirilməsində, elmi axtarışlara sövq edilməsində Azərbacan İlahiyyat İnstitutunun müxtəlif mövzularda ardıcıl təşkil etdiyi “dəyirmi masa”lar, seminarlar, treninqlər və görüşlərin xüsusi rol oynadığını bildirib. Ə.Niyazov mövzunun əhəmiyyətinə toxunaraq, tələbələrdə, gənclərdə məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Jurnalist, yazıçı Varis Yolçuyev çıxışında qeyd edib ki, uğura aparan yol nə qədər mürəkkəb olarsa, bu yolda qətiyyətlə addımlamağı bacarmaq lazımdır.

O bildirib ki, insan qarşısına qoyduğu məqsədə çatmaq üçün çalışmalı, mübarizə aparmalıdır: “Mən bu işin öhdəsindən gəlməliyəm” – deməlidir. “O zaman uğur qazanmaq mümkündür”.

V.Yolçuyev yüzlərlə kilometrlik bir yolun qət edilməsinin kiçik addımlardan başladığını bildirib. O qeyd edib ki, yaşanılan hər günün sonunda insan öz-özünə hesabat verməli, nəyi pis, nəyi yaxşı etdiyi haqqında düşünməlidir.

Seminar maraqlı müzakirələrlə və suallarla davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti