...

Deputat: Əhaliyə təbii qazdan istifadə ilə bağlı qoyulan limit aradan qaldırılsın

Cəmiyyət Materials 15 Mart 2019 17:19 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Əhaliyə təbii qazdan istifadə ilə bağlı qoyulan limit aradan qaldırılsın.

Trend-in məlumatına görə, bu təkliflə deputat Musa Qasımlı parlamentdə Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, təbii qazdan istifadəyə qoyulan limit narazılığa səbəb olub, hökumət bu problemin aradan qaldırılması məsələsinə baxsa, yaxşı olar.

Deputat eyni zamanda təhsil sahəsindəki problemlərə toxunaraq deyib ki, bu gün kəndlərdə qızların təhsilə cəlb edilməsində ciddi problemlər var:

“Qızların təhsilə cəlb edilməsi üçün qadın müəllimlərin olması vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti