...

“Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2019 13:29 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında Veloparkda veloyürüş keçirilib
“Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib (FOTO)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında Veloparkda veloyürüş keçirilib.

Trend-in məlumatına görə, veloyürüş Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunub.

Aprelin 7-də saat 12:00-da keçirilən veloyürüşün məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

Yürüşdə Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Nəqliyyat Agentliyi, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri iştirak ediblər.

Qeyd edək ki, 7 aprel - Ümumdünya Sağlamlıq Günü 1950-ci ildən etibarən keçirilir. Bu günün keçirilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltməkdir.

Foto: Zaur Mustafayev

Xəbər lenti

Xəbər lenti