...

Əflatun Amaşov: Bir sıra hallarda Hesablama Palatasının təklifləri aidiyyəti qurumlar tərəfindən nəzərə alınmır

Cəmiyyət Materials 9 Aprel 2019 13:20 (UTC +04:00)
Bizim üçün vacib olan maliyyə nəzarətidir.
Əflatun Amaşov: Bir sıra hallarda Hesablama Palatasının təklifləri aidiyyəti qurumlar tərəfindən nəzərə alınmır

Bakı. Elçin Mehdiyev - Trend:

Bizim üçün vacib olan maliyyə nəzarətidir. Azərbaycanda maliyyə şokları yaşanmamalıdır. Bir müddət öncə, Beynəlxalq Bank məsələsində bunun şahidi olduq.

Trend-in məlumatına görə, bunu Mətbuat şurasının sədri, deputata Əflatun Amaşov Milli Məclisin plenar iclasında Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabat müzakirəsi zamanı deyib.

O bildirib ki, bir sıra hallarda Hesablama Palatasının təklifləri aidiyyəti qurumlar tərəfindən nəzərə alınmır: "Bu, məsuliyyət hissi ilə bağlıdır. Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın? Onlar hesabatda göstərilən səhvlərini təkrarlamamalıdırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti