Bakı. Samir Əli - Trend:
Aprelin 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Hindistan Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Vanlalvavna Bavitlung ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Hindistan arasında mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.