...

AQTA sədri əsgərlərlə nahar edib (FOTO)

Cəmiyyət Materials 29 May 2019 13:32 (UTC +04:00)
Qoşqar Təhməzli şəxsi heyətin qidalanma şəraiti, qidaların emal olunması və qida məhsullarının saxlanılması vəziyyəti ilə tanış olub
AQTA sədri əsgərlərlə nahar edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında əməkdaşlıq münasibətləri çərçivəsində 28 may tarixində Dövlət Sərhəd Xidmətinin “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələrinə səfər təşkil edilib.

AQTA-dan Trend-ə verilən məlumata görə, səfər zamanı Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli şəxsi heyətin qidalanma şəraiti, qidaların emal olunması və qida məhsullarının saxlanılması vəziyyəti ilə tanış olub, hərbi hissənin yeməkxanasında əsgərlərlə birlikdə nahar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti