Bakıda 11 küçə təmir olunacaq, hərəkət məhdudlaşdırılacaq (FOTO)

Bakıda 11 küçə təmir olunacaq, hərəkət məhdudlaşdırılacaq (FOTO)

Bakı. Samir Əli - Trend:

Dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xətai rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir.

AAYDA-dan Trend-ə verilən məlumata görə, işlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.

Cari ilin əvvəlindən rayon üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 14 km-ə yaxın uzunluğa malik 7 küçədə təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb. Bu aşağıdakı küçələrdir:

Aşıq Ələsgər küçəsi – 0.8 km.
Mehmandarov küçəsi – 3.2 km;
Neapol küçəsi – 0.8 km;
Aşıq Qurban küçəsi – 0.9 km;
Levanovski küçəsi – 1.5 km;
Mingəçevir küçəsi – 5.8 km;
Yavər Əliyev küçəsi – 0.7 km;

Təkcə Xətai rayonu “NZS” qəsəbəsində 9 km-ə yaxın küçədə təmir işləri aparılaraq yekunlaşdırılıb. Hazırda isə “NZS” qəsəbəsinin əsas küçələrindən olan Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinə start verilib. Küçələrin ümumi uzunluğu 4.2 km təşkil edir.

Sözügedən küçələr “NZS” qəsəbəsinin mərkəzi küçələri olmaqla Nobel və Babək prospektlərini birləşdirir. Buna görə küçələr boyu avtonəqliyyat vasitələrinin intensiv hərəkətini müşayət etmək mümkündür. Lakin uzun illər istismar olunmasına baxmayaraq küçələrin təmir olunmaması nəticəsində yolun hərəkət hissəsində qabarma və çökmələr, tor şəkilli çatlar və dağılmalar əmələ gəlib. Bu isə gediş-gəlişə ciddi şəkildə maneə yaradırdı. Hazırda aparılan təmir işləri bu problemin aradan qaldırılmasına, vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin olunması hesablanıb.

AAYDA-nin “Azəryolelmitədqiqatlayihə” institutunun hazırladığı layihəyə əsasən, hazırda küçələr boyu köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır. Daha sonra zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işləniləcək və bunun ardınca asfaltlanma işlərinə start veriləcək. Yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yağış barmaqlıqları yenilənməsi, mövcud piyada səkilərinin bərpası, kənarlarına isə yeni səki daşlarının düzülməsi layihə üzrə nəzərdə tutulmuş işlərdəndir.

Təmir işləri ilə əlaqədar olaraq, Süleyman Əhmədov və Oqtay Vəliyev küçələri boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq. Bu üzdən sürücülərdən sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Ərazidə tıxac yaranmasın deyə onlardan öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 12 km-ə yaxın uzunluğa malik daha 11 küçədə təmir-tikinti işlərinə start verilməsi nəzərdə tutulur. Bu aşağıdakı küçələrdir:

Məzahir Rüstəmov küçəsi – 1.4 km;
Qaçaq Nəbi küçəsi – 0.7 km;
Əliağa Şıxlinski küçəsi – 1.9 km;
Oksigen küçəsi – 0.6 km;
Natiq Əliyev küçəsi – 0.15 km;
İzzət Orucova küçəsi – 0.4 km;
İnqlab İsmayılov küçəsi – 4 km;
Kamandar Əhmədov küçəsi – 0.15 km;
Abdulla Rəhimov küçəsi – 0.95 km;
Yavər Əliyev küçəsi – 0.6 km;
Zeytun sovxozuna gedən yol – 0.85 km.

Təmiri aparılan və nəzərdə tutulan küçələr Xətai rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

İran parlamentinin sәdri koronavirusa yoluxub
İran parlamentinin sәdri koronavirusa yoluxub
Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib
Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib
Koronavirusla əlaqədar hotellər üçün güzəştlərin tətbiqi təklif edilir
Koronavirusla əlaqədar hotellər üçün güzəştlərin tətbiqi təklif edilir
Loading Bars
Xəbər lenti
Təhlükədən az zərərlə çıxmaq üçün üzərimizə düşən işi yerinə yetirməliyik
XİN: Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənib və rədd edilib
Azərbaycan Prezidenti: Əgər maskaların satışında süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
Evdə qal və muzeylərə səyahət et
Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub
Vüqar Rəhimzadə: Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin
Prezident İlham Əliyev: Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək
Azərbaycan Prezidenti: Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik
İspaniyada 19 mindən çox tibb işçişi koronavirusa yoluxub
Azərbaycan Prezidenti: Yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur
Aptekonline.az xidməti artıq 2225 sifarişi uğurla yerinə yetirib və ünvanlara çatdırıb (VİDEO)
Prezident İlham Əliyev: Azərbaycanda bu günə qədər görülmüş bütün qabaqlayıcı tədbirlər öz səmərəsini verdi
Prezident İlham Əliyev: Tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək
İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır
Prezident İlham Əliyev: Koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq tibbi maska idxalından asılı olmayacaq
Rayon xəstəxanalarında həkimlərə koronavirusla bağlı təlimlər keçirilir (FOTO)
Xüsusi karantin rejimində yaşı 65-dən yuxarı şəxslər pensiyalarını belə alacaq
Sosial ödənişlərə görə bankomatlarda əlavə faiz tutulmayacaq
Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! - Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
“Bizim Tarla” 65 yaşdan yuxarı şəxslərə sovqat payladı (FOTO)
Bir sıra ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib - Nazirlik
Putin və Netanyahu koronavirusla mübarizədə birgə səyləri dəstəkləyib
Bakıda daha bir küçə müasir dizaynla yenidən qurulur (FOTO)
Qeyr-sabit hava aprelin 9-dək davam edəcək
Bakıda saxta icazə arayışı satan şəxs və “müştəriləri” saxlanıldı (FOTO/VİDEO)
Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 12 nəfər sağaldı - Operativ Qərargah
İranın Səhiyyə Nazirliyi: Koronavirus “donuz qripi"ndən daha təhlükəlidir
Vergi hesabatlarının verilməsi müddətləri AÇIQLANDI
“Biz bizə yetərik Türkiyəm” - Milli həmrəylik kampaniyası (VİDEO)
Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq
Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir
Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib
Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ ofisində müraciətçilərin qəbulu məhdudlaşdırılıb
Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib (VİDEO)
Kamilə Əliyeva: Bu gün Azərbaycan digər dövlətlərlə müqayisədə virusa qarşı daha effektiv mübarizə apara bilir
Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət etdi
Bakıda birinci sinfə qəbulla bağlı statistika açıqlandı
Kənd Təsərrüfatı Nazirliyi ölkədə ət qıtlığının olması barədə yayılan məlumatlara münasibət bildirib
"Dərs vaxtı"nın aprelin 7-nə olan CƏDVƏLİ müəyyənləşib
İranda daha 136 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər (VİDEO) (YENİLƏNİB)
Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər
Namiq Abdullayev: Gəlin, həyatımızı riskə atmayaq, bu virusla birgə mübarizə aparaq (VİDEO)
Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Təhsil Nazirliyi: “Virtual məktəb” portalında yenidən qeydiyyatdan keçmək mümkündür
Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Sabah Bakıda yağış yağacaq
Sumqayıt şəhərində ağaclar bu məqsədlə köçürülüb - AÇIQLAMA (FOTO)
Aynur Məmmədova: Evdə qalmağımız öz taleyimizi, ailəmizi, ərtafımızı və millətimizi qorumaq üçündür (VİDEO)
Azexport.az vətəndaşları e-ticarətdən istifadəyə dəvət edir
Ermənistanda qadın minaya düşdü
Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir
2020-ci ilin I rübündə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində bir sıra tədbirlər həyata keçirilib
Unikal limuzin - təyyarə satışa çıxarılıb
ARDNF-nin 2020-ci il üzrə büdcə xərclərinin təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır
Könül Nurullayeva: Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq
Yazgül Abdiyeva: Karantin müddətində sakit şəraitdə çox faydalı, yaradıcı işlər görə bilərik
Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı
Paslanmaz boru, paslanmaz metal təbəqə və polad təbəqələrin satışı barədə ELAN
Coğrafiya İnstitutu: Havanın soyumasına arktik hava kütlələrinin ölkə ərazisinə daxil olması səbəb olub
YAP Gəncə şəhər təşkilatının yardım aksiyaları mütəmadi xarakter alıb (FOTO/VİDEO)
Taksi sürücülərinə ŞAD XƏBƏR - Artıq fərqlənmə nişanını Azərpoçtdan da ala biləcəksiniz
Rusiyada koronavirusa yoluxanların sayı 6 mini keçdi
Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib
Fazil Mustafa: Vətəndaşlar xüsusi karantin rejimini nədənsə məhrumetmə kimi deyil, onların qorunması üçün atılan zəruri addım kimi anlamalıdırlar
Karantin rejimini pozan 6 nəfər həbs edilib
Yaponiyanın bəzi şəhərlərində fövqəladə vəziyyət 6 ay davam edə bilər
Bakı polisi: İcazə olmadan hərəkət edən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür (FOTO)
Masazır-Novxanı avtomobil yolunun 2.5 km-lik hissəsi yenidən qurulur (FOTO)
Sosial şəbəkələrdə virus kimi şayiələr yayanların məqsədi nədir? - "Politşou" təqdim edir (Videolayihə)
Məlahət İbrahimqızı: Bu mübarizədə təkcə dövlətin gücü yetərli deyil, vətəndaşların dəstəyi olmasa, daha çox itki verə bilərik
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
“Apple” qoruyucu maskalar istehsal edəcək
Peşə təhsili üzrə teledərsin CƏDVƏLİ açıqlanıb
Bərdədə kənd bələdiyyəsi iydə ağaclarının kəsilməsinə görə cərimələndi
"Azəriqaz" müştəri xidmətlərinin iş rejimini açıqladı
Sloveniya “Cənub Qaz Dəhlizi”ni Avropanın enerji təhlükəsizliyini möhkəmləndirən element kimi nəzərdən keçirir
Ağcabədidə dəhşət: 2 qardaşın üzərinə benzin töküb yandırdılar
Şəmistan Əlizamanlı: Biz karantin qaydalarına riayət etməklə həm özümüzü və yaxınlarımızı, həm də Vətənimizi bu virusdan qoruya bilərik
Xüsusi karantin qaydalarını pozan 1369 sürücü məsuliyyətə cəlb edildi
I rübdə Energetika Nazirliyində inzibati xətalarla bağlı 112 işə baxılıb
Koronavirusa qarşı mübarizədə immun sistemini necə gücləndirək?
Tovuzda mağazaya oğurluğa girən 28 yaşlı gənc qətlə yetirildi
Xızıda karantin rejimini pozduğuna görə 15 nəfər məsuliyyətə cəlb olunub (FOTO)
Bakıda bankomatdan pul çıxaran qadın qarət edildi
Ağsuda silsilə oğurluqlar edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş katibi ölkələri pandemiya zamanı artan gender əsaslı zorakılıq hallarına qarşı tədbirlər görməyə çağırıb
Xocalı polisi “Evdə qal” devizi altında aksiya keçirib (FOTO)
Sumqayıtda 3 ev yanıb
8103 SMS icazə sistemi ilə bağlı ən çox verilən sualların cavabları
Aprelin 6-da xarici valyutaların manata qarşı məzənnələri
Atəşkəs iriçaplı pulemyotlarla 24 dəfə pozulub
Hindistanda koronavirus qurbanlarının sayı 100-ü keçib
Maykl Ceksonun ağ əlcəyi hərracda satıldı
Həbib Nurməhəmmədov UFC turnirində iştirak etməyəcək
Kanadada koronavirusa yoluxanların sayı 15 mini ötüb
Çində güclü zəlzələ baş verib
Bütün xəbərlər