...

BMT-nin ekspertləri Azərbaycanda vərəm, hepatit və İİV-in qarşısının alınması ilə bağlı müzakirələr aparıblar

Cəmiyyət Materials 3 Oktyabr 2019 18:24 (UTC +04:00)
BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAİDS) ekspertləri Azərbaycanda QİÇS, vərəm və hepatit xəstəliklərinin yayılmasının qarşısının alınması bağlı müzakirələr aparıblar.
BMT-nin ekspertləri Azərbaycanda vərəm, hepatit və İİV-in qarşısının alınması ilə bağlı müzakirələr aparıblar

Bakı. İlhamə İsabalayeva - Trend:

BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAİDS) ekspertləri Azərbaycanda QİÇS, vərəm və hepatit xəstəliklərinin yayılmasının qarşısının alınması bağlı müzakirələr aparıblar.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAİDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi professor Mişel Kazaçkinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

ÜST-nin yüksək səviyyədə dəstək göstərdiyi bu missiya çərçivəsində nümayəndə heyəti müxtəlif yerli tərəfdaşlarla görüşlər keçirib. Görüşlərdə Azərbaycanda İİV/QİÇS, dərmanlara davamlı vərəm və viruslu hepatit xəstəliklərinin yayılmasının qarşısının alınması və zərərin azaldılması ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, zərərin azaldılması, narkotikdən istifadə nəticəsində zərər çəkmiş şəxslər, icmalar və cəmiyyətə vurulan ziyanın azaldılması məqsədi daşıyan siyasət, proqram, xidmət və tədbirlər məcmusudur, İİV infeksiyasının qarşısının alınmasının əsasıdır.

Ümumdünya Səhiyyə Təşkilatı İİV epidemiyasının səmərəli şəkildə qarşısının alınması üçün geniş miqyaslı zərərin azaldılması xidmətlərini təbliğ edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti