...

161 nömrəli məktəbin şagirdləri BDU ilə tanış olublar

Cəmiyyət Materials 1 Noyabr 2019 18:05 (UTC +04:00)
Yasamal rayonu 161 saylı orta məktəbin 5, 6 və 7-ci sinif şagirdləri Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində bu ali təhsil ocağını ziyarət edib
161 nömrəli məktəbin şagirdləri BDU ilə tanış olublar

Bakı. Trend:

Yasamal rayonu 161 saylı orta məktəbin 5, 6 və 7-ci sinif şagirdləri Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində bu ali təhsil ocağını ziyarət edib, Heydər Əliyev lektoriyası, Elmi kitabxana, Təkamül təlimi muzeyi, Nano Araşdırmalar Mərkəzi, İdman kompleksi, laboratoriya və mərkəzlərlə tanış olublar. Şagirdlərə universitetin yaranma tarixi, fəaliyyəti, məzunları, tədris prosesi, laboratoriyalarda aparılan tədqiqat işləri haqqında məlumat verilib, tələbələrin asudə vaxtlarını səmərəli təşkil etmək üçün müəyyən klub və teatrların, müxtəlif özfəaliyyət dərnəklərinin fəaliyyətindən söz açılıb.

Sonra rektor Elçin Babayev şagirdləri qəbul edərək onlarla görüşdən mənmunluq keçirdiyini bildirib. Gələcəkdə hansı peşəyə yiyələnmək istədikləri ilə maraqlanan rektor şagirdlərin çoxsaylı suallarını cavablandırıb.

Məktəbin direktoru Fəttah Fəttayev ekskursiya üçün təşəkkür edərək şagirdlərin Bakı Dövlət Universiteti ilə tanışlığının onlarda xoş təəssürat yaratdığını və gələcəkdə universitet seçiminə kömək edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti