...

İlahiyyat İnstitutunun heyəti şahmat turnirinin qalibi olub (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2019 20:12 (UTC +04:00)
YAP Yasamal rayon təşkilatı ərazi ilk partiya təşkilatları arasında futbol, şahmat və həndbol çempionatları keçirib.
İlahiyyat İnstitutunun heyəti şahmat turnirinin qalibi olub (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə YAP Yasamal rayon təşkilatı ərazi ilk partiya təşkilatları arasında futbol, şahmat və həndbol çempionatları keçirib.

Azərbaycan İlahiyyat İnstitutundan (Aİİ) Trend-ə verilən məlumata görə, Aİİ heyəti şahmat turnirində birinci yerin qalibi olub. Qalib komandalar Bakı Dövlət Universitetində (BDU) keçirilən tədbirdə kubok və medallarla mükafatlandırılıb.

Qeyd edək ki, bu il BDU-nun 100 illik yubileyi münasibətilə Prezident cənab İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 noyabr tarixli Sərəncam imzalayıb. Nazirlər Kabinetinin 2018-ci il 21 may tarixli Qərarı ilə yubileyin Tədbirlər Planı təsdiq edilib. Bu istiqamətdə ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti