...

Gələn il 12 mindən yuxarı uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunacaq

Cəmiyyət Materials 25 Dekabr 2019 13:24 (UTC +04:00)
Gələn il 12 mindən yuxarı uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunacaq
Gələn il 12 mindən yuxarı uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Gələn il 12 mindən yuxarı uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, cari tədris ilində icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılaraq 328-ə, uşaqların sayı isə 6 min nəfərə çatdırılıb.

Növbəti ildə daha 250 qrupun yaradılması, cəlb olunan uşaqların sayının 12 400 nəfərə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti