...

Dərman vasitələrinin ekspertizasının aparılması qaydası təsdiqlənib

Cəmiyyət Materials 27 Dekabr 2019 19:02 (UTC +04:00)
Baş nazir Əli Əsədov “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.
Dərman vasitələrinin ekspertizasının aparılması qaydası təsdiqlənib

Bakı. Trend:

Baş nazir Əli Əsədov “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, dərman vasitələrinin ekspertizasının aparılması Qaydası dərman vasitələrinin dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanmışdır və ölkə ərazisinə idxalı zamanı, habelə dövlət orqanlarının və fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında dərman vasitələrinin ekspertizasının aparılmasının icra mexanizmini tənzimləyir.

Dərman vasitələrinin ekspertizasının aparılması qaydasının qeydiyyat qaydalarından ayrılıqda müəyyən olunması bu sahədəki qeyri-müəyyənliyin aradan qaldırılmasına şərait yaradacaqdır. Eyni zamanda, dərman vasitələrinin keyfiyyətinin, təhlükəsizliyinin və effektivliyinin müəyyən edilməsi məqsədilə onların ekspertizasının aparılması bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına imkan yaradacaq və əhalinin sağlamlığının təmin edilməsinə xidmət edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti