Bakı. Trend:
“Qafqaz ölkələrinin etnik mənsubiyyətlərinin və mədəni irslərinin araşdırılması” adlı uzunmüddətli layihəyə start verilib.
Trend-in məlumatına görə, layihənin məqsədi Azərbaycanda yaşayan etnosların tarixi, dili və mədəniyyətini araşdırmaqdır. Layihə çərçivəsində gürcü, udin, erməni və qrabar dillərini bilən mütəxəssislər/tərcüməçilər tələb olunur. Həmin dilləri bilən və aşağıdakı parametrlərə cavab verən şəxslərin CV məlumatlarının [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur:
- Gürcü, udin, erməni və qrabar dillərini sərbəst - “upper intermediate” və daha yuxarı səviyyədə bilmək;
- Qafqazşünaslıq üzrə başlanğıc səviyyədə məlumatlı;
- Komandada və müstəqil şəkildə işləməyi bacaran;
- Problemə yaradıcı yanaşma və kollektiv düşüncə tərzi.
Aylıq əmək haqqı: 1200 AZN-dan başlayır (dil biliyinin səviyyəsi və sahə üzrə iş stajından asılı olaraq).