...

“Təmiz Şəhər” əməkdaşları məktəblilərə ustad dərsi keçib (FOTO)

Cəmiyyət Materials 27 Yanvar 2020 14:50 (UTC +04:00)
“Təmiz Şəhər” ASC əməkdaşları məktəblilərə lazımsız əşyalardan müxtəlif fiqurlar düzəltməyi öyrədiblər
“Təmiz Şəhər” əməkdaşları məktəblilərə ustad dərsi keçib (FOTO)

Bakı. Trend:

“Təmiz Şəhər” ASC və “KidsArt” uşaq studiyası Kaspi Təhsil Mərkəzində “Tullantıdan sənətə” ustad dərsi təşkil edib.

Trend-in məlumatına əsasən, şagirdlərə tullantıların səmərəli istifadəsi və idarə olunması haqqında məlumat verən “Təmiz Şəhər” ASC əməkdaşları məktəblilərə lazımsız əşyalardan müxtəlif fiqurlar düzəltməyi öyrədiblər.

“Təmiz Şəhər” ASC tərəfindən mütəmadi olaraq keçirilən ustad dərslərinin məqsədi uşaqlarda təbiətin qorunması, tullantıların idarə olunması vərdişlərinin formalaşdırılması, tullantıların faydalı ola biləcəyinin aşılanmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti