...

Keçmiş məhkum hədə-qorxu yolu ilə pul alarkən yaxalandı

Cəmiyyət Materials 31 Yanvar 2020 14:51 (UTC +04:00)
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə cinayət işi başlanılıb
Keçmiş məhkum hədə-qorxu yolu ilə pul alarkən yaxalandı

Bakı. Trend:

Keçmiş məhkum Bakı sakinindən hədə-qorxu yolu ilə pul alarkən saxlanılıb.

Bu barədə Trend Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 22-də Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Zeynalov paytaxt sakini Ə.Əhmədzadədən hədə-qorxu yolu ilə tələb etdiyi 7000 manat puldan 2000 manatını alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti