...

Seçkilərdə iştirak edən namizədliyi qeydə alınan şəxslərin yaş həddi üzrə statistika açıqlandı

Cəmiyyət Materials 6 Fevral 2020 13:02 (UTC +04:00)
Resurs Analitik İnformasiya Mərkəzi Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edən namizədliyi qeydə alınan şəxslərin yaş həddi üzrə statistikasını açıqlayıb.
Seçkilərdə iştirak edən namizədliyi qeydə alınan şəxslərin yaş həddi üzrə statistika açıqlandı

Bakı. Samir Əli - Trend:

Resurs Analitik İnformasiya Mərkəzi Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edən namizədliyi qeydə alınan şəxslərin yaş həddi üzrə statistikasını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Mərkəzin sədri Rasim Quliyev məlumat verib.

Onun sözlərinə görə, deputatlığa namizədliyi qeydə alınan şəxslərin yaş bölgüsü seçkiyə böyük inam olmasını bir daha sübut edir:

“Deputatlığa namizədliyi qeydə alınan şəxslərdən 82 nəfəri 18-28, 407 nəfəri 29-39 yaş, 542 nəfəri 40-45 yaş, 221 nəfəri 56-66 yaş, 43 nəfəri isə 67 yaşdan yuxarı olan şəxslərdir. 1998-ci ildə anadan olan və hazırda 22 yaşı olan 8 nəfər deputatlığa namizədliyini irəli sürüb. Eyni zamanda 1938-ci il təvəllüdlü 2 nəfərin də deputatlığa namizədliyi qeydə alınıb”.

R.Quliyev qeyd edib ki, yaş həddi arasında bu cür bölgü cəmiyyətdə 1998-ci ildən sonrakı dövrdə islahatçılıq, yenilik ab-havasının mövcudluğunu göstərir: “İslahatların nəticəsini parlament seçkilərində iştirak edən deputatlığa namizədlərin sayında görürük”.

Xəbər lenti

Xəbər lenti