...

Lənkəran sakinləri üçün pulsuz müayinələr və əməliyyatlar aparılacaq

Cəmiyyət Materials 11 Fevral 2020 14:29 (UTC +04:00)
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası fevralın 12-14-də Lənkəranda tibbi aksiya keçirəcək.
Lənkəran sakinləri üçün pulsuz müayinələr və əməliyyatlar aparılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası fevralın 12-14-də Lənkəranda tibbi aksiya keçirəcək.

Mərkəzin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, fevralın 12-13-də müayinələr, 14-də isə cərrahiyyə əməliyyatları icra olunacaq.

Aksiyanın məqsədi Lənkəran sakinlərini müayinə və müalicə etmək, onların səhhəti ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, lazım olduğu zaman cərrahiyyə əməliyyatı etməkdir.

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası 2018-ci ildən fəaliyyətə başlayıb.

Yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahiyyə yardımı göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti