...

Məktəblərdə vakant direktor yerlərinin sayı kifayət qədər azalıb

Cəmiyyət Materials 14 Fevral 2020 17:27 (UTC +04:00)
Aparılan islahatlar nəticəsində artıq ümumtəhsil müəssiələrində vakant direktor yerlərinin sayı kifayət qədər azalıb.
Məktəblərdə vakant direktor yerlərinin sayı kifayət qədər azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Aparılan islahatlar nəticəsində artıq ümumtəhsil müəssisələrində vakant direktor yerlərinin sayı kifayət qədər azalıb.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, 2019-cu ildə 400-ə yaxın vakant direktor vəzifəsinə işə qəbul üçün müsabiqə élan edilib:

“Amma əvvəl bu say 700-dən çox idi. Burada söhbət yalnız vakant olan direktor vəzifələrinə olan təyinatdan getmir. Eyni zamanda, keyfiyyət dəyişiklikləri də baş verib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti