...

AFFA sahibkarları Avro 2020-nin keçirilməsində fəal iştirak etməyə çağırır

Cəmiyyət Materials 19 Fevral 2020 11:28 (UTC +04:00)
AFFA sahibkarları futbol üzrə 2020-ci il Avropa çempionatının keçirilməsində fəal iştirak etməyə çağırır
AFFA sahibkarları Avro 2020-nin keçirilməsində fəal iştirak etməyə çağırır

Bakı. Eldar Canaşvili - Trend:

AFFA sahibkarları futbol üzrə 2020-ci il Avropa çempionatının keçirilməsində fəal iştirak etməyə çağırır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Avro 2020 üzrə əlaqələndiricisi Kamran Vəliyev “Avro 2020: KOB üçün perspektivlər” adlı tədbir zamanı deyib.

O bildirib ki, Avropa çempionatı ilə bağlı fan-zona Ağ şəhər bulvarında yaradılacaq.

Fan-zonanın xüsusiyyətləri barədə danışan K.Vəliyev bildirib ki, turnir zamanı yerli biznes üçün qonaqların qida, nəqliyyat, hotel, suvenir və hədiyyələrlə təmin olunması üçün geniş imkanlar yaranacaq.

O, sahibkarları turnirin keçirilməsində fəal iştirak etməyə çağırıb və qeyd edib ki, AFFA-nın saytında yarışla əlaqədar müxtəlif tenderlərin keçirilməsi ilə bağlı məlumatlar yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti