...

Güclü külək Gəncədə bəzi fəsadlar törətdi (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2020 14:17 (UTC +04:00)
Gəncə şəhərində bu gün günorta saatlarında T.Arani küçəsində güclü küləyin təsirindən 7 saylı yaşayış binasının dam örtüyü uçub.
Güclü külək Gəncədə bəzi fəsadlar törətdi (FOTO)

Bakı. Trend:

Gəncə şəhərində bu gün günorta saatlarında T.Arani küçəsində güclü küləyin təsirindən 7 saylı yaşayış binasının dam örtüyü uçub.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu zaman binanın qarşısından keçən diametri 100 mm olan qaz xətti də yararsız hala düşüb. Hal-hazırda binanın cəmi 10 abonentinin təhlükəsizlik baxımından qaz təchizatı dayandırılıb.

Samux rayonunun Zazalı kəndində isə güclü külək qaz xəttini yerindən oynadıb və nəticədə 5 abonentin qaz sayğacına ziyan dəyib. Təhlükəsizlik tədbiri olaraq dərhal həmin evlərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti