...

Bakıda körpünün sökülməsinə görə 9 marşrutun istiqaməti dəyişib

Cəmiyyət Materials 6 Mart 2020 18:56 (UTC +04:00)
Bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib
Bakıda körpünün sökülməsinə görə 9 marşrutun istiqaməti dəyişib

Bakı. Trend:

Nəsimi rayonu 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar avtomobillərin sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırıldığından bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, 1, 2, 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdirilərək alternativ küçələrdən, yəni Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyeva və Puşkin küçələri ilə təşkil ediləcək.

Söküntü işlərinin martın 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər aparılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti