...

Bu gün I sinfə qəbulun elektron qeydiyyatı başlayır

Cəmiyyət Materials 10 Mart 2020 07:37 (UTC +04:00)
Bu gün 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün elektron qeydiyyat aparılacaq
Bu gün I sinfə qəbulun elektron qeydiyyatı başlayır

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün elektron qeydiyyat aparılacaq.

Trend-in məlumatına görə, saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.

Martın 13-ü, saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

Xatırladaq ki, elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti