Bakı. Trend:
Fransanın Azərbaycandakı səfirliyi vizaların verilməsi prosesini müvəqqəti olaraq dayandırıb.
Trend-in məlumatına görə, bunu səfir Zakari Qross öz “Twitter” səhifəsində yazıb.
Qeyd olunur ki, bu qərar Fransa hökumətinin tapşırığı əsasında qəbul edilib:
“Parisdən gələn göstəriş əsasən, həm lokal olaraq, həm də bütün dünyada vizaların verilməsi müvəqqəti dayandırılıb. Koronavirus böhranı başa çatan kimi sizi Fransada görməyə ümid edirik. Novruz bayramınız mübarək!”