...

Almaniyanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırıb

Cəmiyyət Materials 19 Mart 2020 13:12 (UTC +04:00)

Bakı. Trend:

Koronavirus infeksiyasının (COVİD-19) yayılması təhlükəsilə əlaqəli olaraq Almaniyanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırıb.

Trend-in məlumatına görə, bu barədə diplomatik səfirliyin rəsmi “Facebook” səhifəsində məlumat verilib.

“Hazırkı vəziyyət ilə əlaqədar olaraq 19 mart 2020-ci il tarixindən etibarən viza və konsulluq şöbəsinin fəaliyyəti 15 aprel 2020-ci il tarixinədək dayandırılır”, - deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti