...

“AZDIZAYN GROUP” MMC-dən koronavirusla mübarizəyə dəstək

Cəmiyyət Materials 23 Mart 2020 14:49 (UTC +04:00)
“AZDIZAYN GROUP” MMC koronovirusla mübarizə məqsədilə Fonda 10 min manat vəsait köçürüb.
“AZDIZAYN GROUP” MMC-dən koronavirusla mübarizəyə dəstək

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarların dəstəyi davam edir.

Trend-in məlumatına görə, “AZDIZAYN GROUP” MMC koronovirusla mübarizə məqsədilə Fonda 10 min manat vəsait köçürüb.

Məlumat üçün bildirək ki, “AZDIZAYN GROUP” MMC şirkəti 2019- cu ildən etibarən Azərbaycanda, Avropa və Asiya istehsalçılarının tanınmış inşaat materiallarını topdan və pərakəndə satış bazarında təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti