...

Gəncədə şəhərə giriç-çıxış postlarında xidmət davam etdirilir (FOTO)

Cəmiyyət Materials 30 Mart 2020 13:18 (UTC +04:00)
Gəncədə şəhərə giriç-çıxış postlarında xidmət davam etdirilir (FOTO)

Bakı. Trend:

Gəncədə şəhərə giriç-çıxış postlarında xidmət davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb. Bununla bağlı olaraq Gəncə şəhərinə gələn digər şəhər və rayonlardan vətəndaşlara məhdudiyyətlər yaranıb.

Belə ki, xüsusi karantin rejimi dövründə qurulan polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı Qaydasına əsasən Gəncə şəhərinə yalnız operativ nəqliyyat vasitələri, "Azərpoçt" MMC-yə məxsus olan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri, yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri, təcili tibbi zərurətlə əlaqədar şəhərə gələn şəxslər və onlar ilə gələn ailə üzvləri (2 nəfərdən çox olmamaqla), Gəncədə yaşayan yaxın qohumu ölmüş şəxslər və qaydada göstərilən digər tələblərə cavab verən şəxslər istisna olmaqla vətəndaşların şəhərə girişi məhdudlaşdırılıb. Onlara xüsusi karantin rejiminin tələbləri barədə məlumat verilərək, zəruriyyət olmadan evdən çıxmamaq tövsiyyə olunub.

Şəhər ərazisini tərk etmək istəyən şəhər sakinlərə də qeyd edilən istisnalar olmadıqda şəhərdən çıxışa icazə verilməyib. Qeyd edək ki, məhdudlaşma tətbiq edilən gündən indiyə qədər ümumilikdə 2000-dən çox vətəndaşın şəhərə giriş-çıxışına icazə verilməyib. Əlavə olaraq qeyd edilməlidir ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları xüsusi karantin rejiminin tələbləri ilə bağlı gücləndirilmiş iş rejimində çalışaraq, iaşə müəssisələrinin müştərilərə yerində xidmət göstərməməsi, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmaması və digər zəruri tələblərin icrasına bundan sonra da nəzarət edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti