...

Hərbi qulluqçular yaşı 65-dən yuxarı şəxslərə ünvanlı yardım çatdırıblar (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2020 20:35 (UTC +04:00)

Bakı. Trend:

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq hərbi qulluqçular şəhidlərimizin 65 yaşdan yuxarı ailə üzvlərinə, yaşlı müharibə veteranları və əlillərə ünvanlı yardım çatdırıblar.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndələri və hərbi qulluqçular ailələri ziyarət edərək zəruri ərzaq məhsullarını və şəxsi gigiyena vasitələrini onlara təqdim ediblər.

Hazırda bu kateqoriyadan olan şəxslərin müəyyən edilərək onlara yardım edilməsi istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti