...

Bakı Slavyan Universitetindən növbəti humanist addım (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2020 13:08 (UTC +04:00)
Bakı Slavyan Universitetindən növbəti humanist addım (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmuş koronavirus (COVİD-19) epidemiyası ilə əlaqədar olaraq Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, professor-müəllim heyəti, tələbə-gəncləri və əməkdaşları bu yoluxucu xəstəliyə qarşı dövlət səviyyəsində həyata keçirilən səmərəli mübarizədə aparılan genişmiqyaslı tədbirlərdə fəal iştirak edir, xalqımıza və ölkə rəhbərliyinə lazımi dəstək verir.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın koronavirus xəstəliyi ilə bağlı müraciətlərini, tövsiyə və çağırışlarını, həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın, Təhsil Nazirliyinin əmr və qərarlarını əsas tutan BSU-nun kollektivinin atdığı növbəti humanist addım təqdirəlayiqdir.

BSU-nun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, universitetin rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevanın müvafiq tövsiyə və əmrinə əsasən, aprelin 10-da bu ali təhsil müəssisəsinin məsul şəxsləri tərəfindən universitetin yaşı 65-dən yuxarı olan professor-müəllimlərinə, həmçinin inzibati-təchizat sahəsində çalışan əməkdaşlarına ərzaq yardımı edilib.

Qeyd edək ki, ümumilikdə 47 nəfər ehtiyacı olan aztəminatlı şəxsə edilən ərzaq yardımı BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, İnzibati-təsərrüfat işləri üzrə prorektoru Nurəddin Quliyev və universitetin tələbə-könüllüləri tərəfindən onlara yaşadıqları evlərdə çatdırılıb.

BSU-nun ərzaq yardımı alan müəllim və əməkdaşları göstərilən diqqət və qayğıya, qədirbilənliyə görə universitetin rəhbərliyinə təşəkkür edərək xalqımızın, eləcə də bütün dünyanın tezliklə bu təhlükəli xəstəlikdən xilas olmasını arzulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti