...

Xəzər rayonunda yaşlı və ehtiyacı olan insanlara ərzaq sovqatlarının paylanılması davam etdirilir (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2020 15:56 (UTC +04:00)

Bakı. Trend:

Xəzər rayonunda Koronavirus pandemiyasının yayılması şəraitində əhalinin ən həssas təbəqəsi olan tənha, yaşlı və ehtiyacı olan insanlara ərzaq sovqatlarının paylanılması işləri davam etdirilir.

Trend-in məlumatına görə, 13 aprel 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan 73 tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar və infeksiyadan qorunmaq üçün müxtəlif maarifləndirici materiallar paylanılıb.

Bu nəcib aksiyaya Xəzər rayonunu Milli Məclisdə təmsil edən Millət vəkilləri, YAP Xəzər rayon təşkilatı, yerli özünü idarəetmə orqanları (Bələdiyyələr), rayon üzrə fəaliyyət göstərən iş adamları və könüllü yardım edən xeyirxah insanlarda qoşulublar.

Bundan əlavə, Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısınının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb. Sosial layihəyə çərçivəsində Xəzər rayon ərazisində yaşayan aztəminatlı ailələrə, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən mütəmadi olaraq ərzaq yardımları edilir.

Sakinlər dövlət tərəfindən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti