Bakı. İlhamə İsabalayeva – Trend:
İndi ali və orta ixtisas məktəblərinə qəbul üçün elektron ərizə qəbulu elan edisə, yalnız interneti olanlar iştirak edəcək. Bu, ədalətli olmaz.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, məktəblərdə tədris başlayan kimi sənəd qəbulu da başlayacaq:
"Sənəd qəbulu bitdikdən sonra bazanın formalaşması üçün müəyyən qədər vaxt tələb olunur. Sənəd qəbulu elan edildikdən 1 həftə-10 gün sonra imtahan keçirə biləcəyik. Təbii ki, ölkədəki sanitar-epidemioloji vəziyyətdən asılı olaraq, qərar qəbul ediləcək”.