...

Həkimlərimizi tanıyın: İnvaziv kardioloq Dr. Samir Mustafayev

Cəmiyyət Materials 30 Aprel 2020 10:50 (UTC +04:00)
Həkimlərimizi tanıyın: İnvaziv kardioloq Dr. Samir Mustafayev

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə pasiyentlərin etimadını qazanmış, səmimiyyəti və peşəkarlığı ilə seçilən invaziv kardioloq Dr. Samir Mustafayevi təqdim edirik.

Trend-in məlumatına görə, Dr. Samir Mustafayev hər gün ölkə daxilindən və xaricindən müraciət edən onlarla pasiyentlərin ürək-damar sistemini müayinə edir, ən müasir müalicə metodlarından istifadə edərək onlara sağlamlıq bəxş edir. Dr. Samir Mustafayev EKQ, holter monitorinqi, fiziki yük sınağı, exokardioqrafiya, transezofagial exo, stress exokardioqrafiya, ambulator qan təzyiqi monitorizasiyası, kardioversiya, müvəqqəti süni ritm aparıcısı tətbiqi, intaortik balon pompası tətbiqi, koronar angioqrafiya, PTKA, yüksək riskli PTKA və stent tətbiqi, xroniki total okkluziyalarda PTKA və stend, ürək boşluqlarının kateterizasiyası, döş qəfəsi və qarın aortaqrafiyası, koronar, periferik, renal agioqrafiya və aortaqrafiya ilə məşğul olur.

Dr. Samir Mustafayev 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin II müalicə profilaktika fakültəsində ali təhsil almış, 2009-cu ildə Türkiyənin Samsun şəhərində 19 Mayis Universitetinin Tibb fakültəsi xəstəxanasında ümumi kardiologiya üzrə təhsilini davam etdirmiş və 2009-2012-ci illərdə Türkiyə Cümhuriyyəti, Samsun Mediva özəl xəstəxanasında invaziv kardioloq işləmişdir. Dr. Samir Mustafayev 2012-ci ildən Mərkəzi Gömrük Hospitalında invaziv kardioloq kimi fəaliyyət göstərir.

Dr. Samir Mustafayev dünya üzrə keçirilən bir sıra konfranslarda, ö cümlədən 2015-ci ildə İngiltərənin paytaxtı London şəhərində “Avropa Kardioloji Cəmiyyəti”-nin konfransında, 2016-cı ildə İtaliyanın paytaxtı Romada “Avropa Kardioloji Cəmiyyəti”-nin konfransında, 2017-ci ildə “Avropa Kardioloji Cəmiyyəti”-nin İspaniyanın Barselonada keçirilmiş konfransında, 2018-ci ildə Almaniyanın Münhün şəhərində keçirilmiş ESC konqresində iştirak edib.

Dr. Samir Mustafayev Azərbaycan Kardiologiya Cəmiyyətinin ,Türk Kardioloji Dərnəyinin və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür.

Dr. Samir Mustafayev haqqında ətrfalı məlumat üçün bu linkə daxil ola bilərsiniz. https://customshospital.az/samir-mustafayev/#Samir%20Mustafayev.

Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti