...

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Cəmiyyət Materials 30 Aprel 2020 21:51 (UTC +04:00)
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Bakı. Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 30-na olan statistik göstəriciləri açıqlayıb.

Trend xəbər verir ki, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 700 test edilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 143 079 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 58 nəfər müalicə olunaraq sağalıb, bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 804 yoluxma aşkarlanıb. Onlardan 1 325-i sağalıb, 24-ü ölüb. Hazırda aktiv xəstə sayı 455-dir.

Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti