Xalq yazıçısı Kamal Abdulla tərcüməçi Vilayət Hacıyevi təbrik edib

Xalq yazıçısı Kamal Abdulla tərcüməçi Vilayət Hacıyevi təbrik edib

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla ali təhsil ocağının professoru, tərcüməçi Vilayət Hacıyevi 70 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Almandilli ədəbiyyat nümunələrinin dilimizə çevrilməsində, həmçinin Azərbaycan ədəbiyyatı nümunələrinin alman dilinə tərcümə olunması işində böyük xidmətlər göstərmiş professor Vilayət Hacıyevin 70 yaşı tamam oldu. Ömrünün bu müdrik çağında da öz peşəsinə sadiq qalan Vilayət müəllim bu gün də dünyanın almandilli ədəbi irsini bizlərə bəxş edir.

Vilayət Hacıyevin ömrünün əlli ildən artıq hissəsi birbaşa Azərbaycan Dillər Universiteti ilə bağlı olub. O, bu gün Azərbaycan Dillər Universitetinin alman dili və ədəbiyyatı istiqaməti üzrə əsas sütunudur. Müxtəlif illərdə müəllim, universitetin Tərcümə fakültəsinin dekanı, Avstriya Kitabxanasının elmi rəhbəri olduğu zaman tələbələrinə tərcüməçilik peşəsini sevdirməklə məşğul olmuşdur.

Azərbaycan oxucusu ilk dəfə Vilayət Hacıyevin tərcüməsində dünya klassikası sayılan Remarkın “Zəfər tağı” ilə tanış oldu. Bunun ardınca V.Borxert, Henrix Böll, Stefan Sveyq, Frans Kafka və s. kimi görkəmli alman və Avstriya yazıçılarının əsərləri yüksək peşəkarlıqla Azərbaycan dilində özünə yeni həyat qazandı.

Vilayət müəllim Frans Kafkanın "Məhkəmə" romanını Azərbaycan dilinə mükəmməl tərcümə etdiyinə görə "Ən yaxşı tərcümə əsərinə" görə Tofiq Bayram mükafatı, Avstriya Respublikası Federal Təhsil, Elm və Mədəniyyət Nazirliyi tərəfindən “Tərcümə mükafatı”, nəhayət Azərbaycan Yazıçılar Birliyi tərəfindən ən yaxşı tərcümə işinə görə “Abbas Səhhət” mükafatına layiq görülüb. Vilayət Hacıyev etdiyi tərcümələrə və bununla Avstriya mədəniyyətinə verdiyi töhfələrə görə Avstriyanın federal Elm, Tədqiqat və İqtisadiyyat nazirinin təqdimatı əsasında Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında, Avstriya ədəbiyyatının tədqiqində və eləcə də onun Azərbaycan dilinə tərcümə işində qazandığı nailiyyətlərə görə "Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç" ordeni ilə təltif olunmuşdur. Böyük tərcüməçi alim Azərbaycandan bu mükafata layiq görülən yeganə insandır.

Uzun illərdir yorulmadan çalışan, həm tərcümələri, həm də saysız-hesabsız yetirmələri ilə Azərbaycan tərcüməçiliyinə, mədəniyyətinə böyük xidmətlər göstərən Vilayət müəllimi 70 illik yubileyi münasibətilə şəxsən öz adımdan, eləcə də Azərbaycan Dillər Universitetinin kollektivi adından təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və bitib-tükənməz yaradıcılıq əzmi arzulayıram”.

UEFA Avropa çempionatını 12 şəhərdə keçirmə qərarını təsdiqlədi
UEFA Avropa çempionatını 12 şəhərdə keçirmə qərarını təsdiqlədi
"Yuventus" futbol üzrə İtaliya Kubokunun yarımfinalına çıxdı
"Yuventus" futbol üzrə İtaliya Kubokunun yarımfinalına çıxdı
"Barselona" İspaniya Kubokunun 1/4 finalına yüksəldi
"Barselona" İspaniya Kubokunun 1/4 finalına yüksəldi
Loading Bars
Xəbər lenti
Fevraldan dissertasiya şuralarının fəaliyyətə başlaması tövsiyə olunur - Komissiya sədri
Ermənilər Xocavənddə rus kilsəsini də dağıdıblar - Trend TV-nin REPORTAJI
Bəlkə də Şuşa əməliyyatı haqda əvvəlcədən danışılsaydı, heç kim bunun mümkünlüyünə inanmazdı - Deputat
Azərbaycan Qazaxıstana pomidor ixracını kəskin artırıb
SOCAR və “Palmali” arasındakı mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanıb
Sabah Bakıda güclü külək əsəcək
Azərbaycan Yaponiya və Pakistanda ticarət evləri aça bilər
Yük maşınındakı hava balonunun içərisindən 5 kiloqram qızıl aşkarlandı (VİDEO)
"Böyük Qayıdış” reallığa çevrilən ən böyük arzumuzdur! - Kamaləddin Qafarov
Qayınatası gəlinini doğrayıb bu zibilliyə atıb - Hadisə yerindən görüntülər (FOTO/VİDEO)
Azad olunmuş ərazilərdə 87 yeni abidə aşkarlanıb - Xidmət rəisi
Ombudsmanın tapşırığı ilə Şəki Qarışıq Tipli Uşaq Evində başçəkmə həyata keçirilib (FOTO)
Ötən il ən çox bu markanın avtomobilləri satılıb
Millət vəkili Sevil Mikayılova Xudatda seçiciləri ilə görüş keçirib (FOTO)
Azərbaycana gələn türkiyəli psixoterapevtlər 100-ə yaxın şəhid və qazi ailəsinə yardım göstərib
Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib (FOTO)
Rusiyada daha 575 nəfər koronavirusdan ölüb
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
Nazirliyin Qızılağacda güllələnən əməkdaşlarının müalicəsi davam edir - Xidmət rəisi
Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Təhsil Nazirliyində vətəndaşların qəbulu aprelin 1-dək dayandırılır
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağacın əkilməsi aksiyası İspaniyada mükafata layiq görülüb (FOTO)
Oğurlanan metal əşyalarla bağlı qəbul məntəqələrinə mütəmadi baxış keçirilir - DİN
Rəmişin ölümü barədə xəbərlər həqiqəti əks etdirmir - RƏSMİ
Unibank 2020-ci ili mənfəətlə başa vurub
Ermənistanda genişmiqyaslı mitinq elan olunub
Karantini pozan çayxananın icarədarı və müştərilər cərimələnib
TAP buraxılış gücünün iki dəfə artırılması üzrə sınaq nəticəsinin vaxtını açıqlayıb
Ova qadağa nadir heyvan növlərinin sayını artırıb - Vəhşi təbiətdən görüntülər (VİDEO)
Bölgələrdə mineral gübrələrin səyyar satışına hazırlıq işləri başa çatır (FOTO)
Qanunsuz ovçuların izinə düşən Qızılağac Milli Parkının əməkdaşları güllələndi
Növbəti satışda 401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu
Vətən müharibəsi şəhidinin övladına Şuşa adı verildi
Vikipediyanın polyak dili bölməsinə Azərbaycana həsr olunmuş məqalələr daxil edilib
Bank Respublika Mobil Şöbə ilə “Qarabağ Dirçəliş Fondu”na ianə etmək imkanını yaratdı
Azərbaycanda ilk dəfə nağdsız əməliyyatların həcmi nağd dövriyyəni üstələyib - Zakir Nuriyev
Yeni məzmunlu magistr proqramları hazırlanıb - Emin Əmrullayev
Bu il yüksək texniki peşə pilləsi üzrə yeni ixtisaslara qəbul aparılacaq - Nazir
TAP gələcəkdə hidrogen nəql edə biləcək - İcraçı direktor
Sabirabad sakinindən 3 kiloqramdan artıq narkotik götürüldü (FOTO)
Köçəri quşların ölkəmizdən keçməsi quş qripi riskini artırır - AQTA (FOTO)
Millət vəkili Sevil Mikayılova Xudatda şəhid ailələri ilə görüşüb (FOTO)
DİN Bakıda gəlinini doğrayan kişinin tutulması ilə bağlı məlumat yaydı
Bakıda doğranmış meyiti tapılan qadını qayınatası qətlə yetirib
Türkiyədə koronavirusa qarşı immunitet qazandıran preparat yaradılıb (FOTO/VİDEO)
Bakı-Sumqayıt yolunda təmir işlərinin 1-ci hissəsi yekunlaşır (FOTO)
Sıxlığın həlli üçün çəkilən avtobus zolaqları özü sıxlıq yaradır - Nəzarət gücləndirilməlidir (FOTO)
Son bir ildə əmək qanunvericiliyinin pozulması ilə bağlı 1000-ə yaxın fakt aşkarlanıb
Kafe və restoranlar həftəsonları da işləyəcək - RƏSMİ
Saray qəsəbəsində silsilə oğurluqlar edən keçmiş məhkum saxlanılıb (FOTO/VİDEO)
Rusiya aviaşirkəti Azərbaycana müntəzəm reysləri dayandıracaq
Azərbaycan üçün müharibə veteranlarına, şəhid ailələrinə dəstək prioritetdir - "Azernews" qəzeti
Qarabağ qazisindən əlilliyə görə rüşvət alan şirkət müdirinin məhkəməsi başlayır
Yelo Bankın biznes kreditlərinin həcmi 18% artıb
Kəlbəcərin Alıbəyli kəndi (FOTO/VİDEO)
Dövlətə xəyanətdə təqsirləndirilən iki nəfərin məhkəməsi başlayır
Yeni qaz sayğacları artıq sərfiyyat hesablayır? - “Azəriqaz”ın Baş direktoru sualları cavablandırdı (MÜSAHİBƏ)
Türkiyə ilə Azərbaycan arasında viza ilə bağlı yeni sənəd təsdiq ediləcək
Kadr islahatları ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin edir - Deputat
Ötən gün cinayət törədən 47 nəfər saxlanılıb
Dilçilik İnstitutundakı "Qaynar xətt" bugündən fəaliyyətini davam etdirəcək
Bakı-Sumqayıt qatarı kontakt şəbəkəsi yeniləndikdən sonra işləyəcək (FOTO)
Ermənistanda ərzaq qıtlığı yaranır: Postmüharibə dövründə dərin iqtisadi böhran - TƏHLİL
Beynəlxalq "Art Moscow Online" forumu keçiriləcək
Parlamentin Hesablayıcı komissiyası yenidən təşkil ediləcək
Yanvarın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda ödəniş və xidmətlərin rəqəmsallaşması prosesi sürətlənib
Samux sakinindən narkotik aşkar edilib
"Apple" və "Facebook"un gəlirləri açıqlandı
Norveç koronavirusa görə sərhədlərini bağlayacaq
ABŞ BƏƏ və Səudiyyə Ərəbistanına silah satışını dayandırır
Yeni Zelandiyada zəlzələ baş verib
Şimali Makedoniyada koronavirusun "Britaniya ştammı" aşkarlanıb
UEFA Avropa çempionatını 12 şəhərdə keçirmə qərarını təsdiqlədi
Goranboy və Qazaxda mərmilər, qumbaralar və minlərlə patron aşkarlanıb (FOTO)
"Yuventus" futbol üzrə İtaliya Kubokunun yarımfinalına çıxdı
"Barselona" İspaniya Kubokunun 1/4 finalına yüksəldi
ABŞ-Çin münasibətləri getdikcə gərginləşir
Səudiyyə Ərəbistanının addımları Yəməndə humanitar böhrana səbəb oldu - ABŞ dövlət katibi
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 468 mindən çox artıb
"Atalanta" futbol üzrə İtaliya Kubokunun yarımfinalına qalxdı
FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb
Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! - Prezident növbəti tapşırıqlarını verdi
Ərdoğan İlon Mask ilə telefon danışığı aparıb
Türkiyədə son sutkada koronavirusdan 8 803 nəfər sağalıb
Beynəlxalq Olimpiya Komitəsinin prezident seçkiləri videokonfrans formatında keçiriləcək
Abşeronda ikimərtəbəli ev yanıb
Gənclik strateji təfəkkür və yanaşma tələb edir - TƏHLİL
Azərbaycanın Türkiyəyə qaz ixracı 23 faizdən çox artıb
Ermənilər Qubadlının Saray kənd qəbiristanlığını belə dağıdıb (FOTO)
"SOCAR Construction" Mozır neft emalı zavodundan işlərin icrası barədə
Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq
Füzuli və Ağdamda dağıntılar aradan qaldırılır: Vətəndaşlara yeni evlər tikilir - Trend TV-nin REPORTAJI
Məsut Özil: Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm (VİDEO)
“Silk Way West Airlines” Yaponiyanın Narita şəhərinə ilk reysini edəcək
Sumqayıt Kimya Sənaye Parkında istehsal artıb
Dövlət Neft Şirkəti yeni inkişaf dövrünə qədəm qoyacaq - Mikayıl Cabbarov
Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO)
Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanda keçirilə bilər - Rusiya XİN
Prezident İlham Əliyev Portuqaliyanın yenidən seçilən prezidentini təbrik edib
Bütün xəbərlər