Bakı. Samir Əli - Trend:
Bakı Nəqliyyat Agentliyi (BNA) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə (TƏBİB) birgə sürücülər arasında koronavirusa qarşı yoxlama aparıb, 800-dən artıq sürücü yoxlanılıb.
Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, daşıyıcılarda virusa yoluxma faktı aşkarlanmayıb: "Hələlik sürücülərdə virusa yoluxma halı aşkarlanmayıb. Bu da bizim qabaqlayıcı tədbirlər görməyimizlə əlaqədardır. Qarajlarımız hər gün dezinfeksiya edilir".