Bakı. Trend:
Mayın 22-si saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb, təxminən 10 dəqiqə davam edib.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, hadisə stansiyadan və məntəqələrdən kənarda olduğundan dolunun diametrini ölçmək mümkün olmayıb.
Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib.