Bakı. İlhamə İsabalayeva - Trend:
Xəbər saytlarının işçilərinin evdə çalışması tövsiyə edilir.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O tövsiyə edib ki, həftə sonunda televiziya qurumları məhdud sayda işçi dəvət etsinlər. Verilişlərə dəvət ediləcək şəxslərdən müsahibələr isə onlayn qaydada alınsın.