...

Bu gün keçirilən buraxılış imtahanları yekunlaşdı (FOTO)

Cəmiyyət Materials 11 İyun 2020 13:25 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın bir sıra şəhər və rayonlarında ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsi yekunlaşıb.
Bu gün keçirilən buraxılış imtahanları yekunlaşdı (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın bir sıra şəhər və rayonlarında ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsi yekunlaşıb.

Trend-in məlumatına görə, bu gün keçirilən imtahanlarda 17021 nəfər olmaqla, ümumilikdə 2 gün ərzində 42618 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulmuşdu. İmtahanlar saat 11-də başlayıb.

Dünən və bu gün imtahanlar Xətai (Bakı), Sumqayıt (I hissə), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar, Cəlilabad, Qobustan, Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə (I hissə) Siyəzən, Xızı və s. ərazilərdəki məktəblərdə keçirilib.

Növbəti buraxılış imtahanları iyunun 18 və 19-da Qaradağ (Bakı), Goranboy, Göygöl, Sabirabad, Salyan, Tovuz, Gədəbəy, Lənkəran, Lerik Ağdam, Beyləqan, Hacıqabul və s. yerdə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti