...

Teledərslər yeni formatda başlayır

Cəmiyyət Materials 11 İyun 2020 17:25 (UTC +04:00)
İyunun 12-dən “Mədəniyyət” telekanalında teledərslərin yeni formatda yayımına başlanılır.
Teledərslər yeni formatda başlayır

Bakı. İlhamə İsabalayeva - Trend:

İyunun 12-dən “Mədəniyyət” telekanalında teledərslərin yeni formatda yayımına başlanılır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, teledərslər "İnteqrativ dərslər” formatında təqdim olunacaq. Dərslər həftəiçi hər gün saat 09:30-dan 12:00-dək nümayiş olunacaq.

Qeyd edək ki, COVID -19 pandemiyası ilə əlaqədar ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən yayımlanan “Dərs vaxtı” proqramı bu gün yekunlaşıb. Bu proqram vasitəsilə ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. Tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124 təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti