...

Paytaxtın mərkəzi növbəti sərt karantin rejimində (FOTO)

Cəmiyyət Materials 14 İyun 2020 15:18 (UTC +04:00)
Paytaxtın mərkəzi növbəti sərt karantin rejimində  (FOTO)

Bakı. Asif Mehman - Trend:

Bu gecədən etibarən Bakıda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Trend-in məlumatına görə, adi günlərdə əhalinin sıxlığı ilə seçilən Bakının "Tarqovı" adlanan ərazisi - Nizami küçəsində sərt karantin rejimində fəaliyyət tamamilə dayanıb. Ərazidə xidmət aparan polis nəfərlərini görmək mümkündür. Polis əməkdaşları ərazidən keçən şəxsi saxlayaraq icazəsi olub-olmadığını yoxlayıb.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi sərtləşdirilib, Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

FOTO: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti