...

Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən “Heydər Əliyev və insan hüquqları” mövzusunda videokonfrans keçirilib

Cəmiyyət Materials 16 İyun 2020 20:07 (UTC +04:00)
Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən “Heydər Əliyev və insan hüquqları” mövzusunda videokonfrans keçirilib

Bakı. Trend:

Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən Quba, Xaçmaz, Qusar, Siyəzən və Şabran rayonlarının Heydər Əliyev Mərkəzləri ilə birgə “Heydər Əliyev və insan hüquqları” mövzusunda videokonfrans keçirilib.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, tədbirdə çıxış edən Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev öncə tədbir iştirakçılarını Müvəkkil Səbinə Əliyevanın adından salamlayaraq 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə təbriklərini çatdırıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu hüquqi islahatların əhəmiyyətindən, insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən bəhs olunub. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən hüquqi islahatlar davamlı xarakter daşıyır.

Diqqətə çatdırılıb ki, Müvəkkilin təşəbbüsü ilə 18 may-18 iyun tarixlərində ölkəmizdə İnsan Hüquqları Aylığı keçirilir və bu çərçivədə təşkil olunan tədbirlər insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə öz töhfəsini verir.

Sonra tədbir iştirakçılarının çıxışları dinlənilib, suallar ətraflı cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti