...

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 1 İyul 2020 15:31 (UTC +04:00)
Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib (FOTO)

Bakı. Trend:

2020-ci ilin 30 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

MDU-dan Trend-ə bildirilib ki, COVID-19 infeksiyası ilə mübarizənin davam etdiyini bildiriən rektor son dövrlərdə yoluxma hallarının artması səbəbindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə daha ciddi əməl olunmasının vacibliyini vurğulayıb. Ş.Bayramov virusdan qorunmaqla bağlı əməkdaşlar arasında maarifləndirmə işinin gücləndirilməsi və universitetin fəaliyyətəinin məsafədən təşkilinin davam etdirilməsinə dair müvafiq tapşırıqlar verib.

Sonra gündəliyə uyğun olaraq, MDU-nun daxili nizam-intizam qaydalarına riayət edilməsi haqqında, 2019-cu il üçün univeritetin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları haqqında və Pedaqoji fakultənin cari tədris ilindəki fəaliyyəti haqqında hesabatlar dinlənilib. Hər üç məsələ barədə ətraflı müzakirələr aparılıb və təqdim olunan hesabatlar Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub.

İclasda MDU-da aparılan struktur islahatları çərçivəsində yaradılan Elm və innovasiyalar şöbəsinin əsasnamə layihəsi müzakirəyə çıxarılıb və Elmi Şura üzvlərinin yekdil qərarı ilə təsdiq olunub.

Elmi Şura iclasında online formatda keçirilən imtahan sessiyasının uğurla davam etdirildiyi qeyd olunub, bununla bağlı əlaqədar struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
İclasda cari məsələlərə də baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti