...

Nadir Zeynalov: Dünyada tibb personalının 20 faizi bu virusa yoluxub

Cəmiyyət Materials 20 İyul 2020 17:51 (UTC +04:00)
Nadir Zeynalov: Dünyada tibb personalının 20 faizi bu virusa yoluxub

Bakı. Samir Əli - Trend:

Koronavirusla mübarizədə dünya üzrə tibb personalının 20 faizi bu virusa yoluxub.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, Azərbaycanda da bu fakt var: "Onlar əsasən viruslu xəstələrlə təmasdan yoluxub. Bunun üçün fərdi qoruyucu vasitələrdən istifadə olunsa da, yenə yoluxma faktları var. Bu, xaricdə də belədir. Amma yenə də maksimum olaraq uniformalardan istifadə olunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti