Bakı. Trend:
Azərbaycan Kinosu Günü münasibətilə avqustun 2-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Əhməd haradadır?” filmi açıq havada nümayiş etdirilib.
Trend xəbər verir ki, tədbir Dənizkənarı Bulvar İdarəsi və “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə baş tutub.
Nümayiş zamanı “Azərbaycanfilm”in geyim, rekvizit, çəkiliş və texniki avadanlıqlarından ibarət sərgi də tamaşaçılara təqdim olunub və böyük maraqla qarşılanıb.
Filmi yüzlərlə tamaşaçı izləyib.
Layihənin əsas məqsədi gənc nəslin vətənpərvərlik və milli ruhda maarifləndirilməsi, eləcə də Azərbaycan kinosunun təbliğinə töhfə verməkdir.