Bakı. Trend:
İtaliyanın “Milan” klubu İsveçrənin “Young Boys” komandasının müdafiəçisi Zəkari Atekameni transfer etmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, “rossonerlər” artıq futbolçunun transferi ilə bağlı “Young Boys” klubuna 7 milyon avro dəyərində ilk rəsmi təklif göndərib. Hazırda tərəflər arasında danışıqlar davam edir.
20 yaşlı Qana əsilli isveçrəli müdafiəçinin “Milan”a keçməyə maraq göstərdiyi bildirilib.
Qeyd edək ki, Zəkari Atekame 2024-cü ildən “Young Boys” klubunun heyətində çıxış edir. O, ötən mövsüm İsveçrə çempionatında 30 oyun keçirib və 2 qol ötürməsi ilə yadda qalıb.