...

Londonda qarşıdurma baş verib

Dünya xəbərləri Materials 2 Avqust 2025 23:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Londonda miqrantların müvəqqəti yerləşdirildiyi otelin qarşısında əks mövqedə olan qruplar arasında qarşıdurma yaşanıb.

Trend xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

İzlinqton bölgəsində yerləşən “Thistle City Barbican” otelinin qarşısında etiraz aksiyası keçirilib. Etirazçılar otelin sığınacaq axtaranlar üçün istifadə olunmasına qarşı çıxıblar.

Eyni ərazidə “Stand Up To Racism” təşkilatının təşəbbüsü ilə irqçiliyə qarşı etiraz aksiyası da təşkil olunub. Nəticədə iki qrup arasında qarşıdurma yaranıb.

Polis əməkdaşları müdaxilə edərək tərəfləri ayırıb və narazı kütləni dağıdıb. Hadisə zamanı bir neçə nəfərin saxlanıldığı bildirilib.

Xəbər lenti

Xəbər lenti