Bakı. Trend:
Almaniyanın Frankfurt şəhərində gənclər (U-19) arasında keçirilən “Brandenburq Kuboku”nda Azərbaycan boksçusu Sübhan Babayev final görüşünə çıxıb.
Trend xəbər verir ki, 60 kiloqram çəkidə mübarizə aparan yığma üzvü finalda ABŞ təmsilçisi Ellisbey Selimə məğlub olaraq gümüş medal əldə edib.
Qeyd edək ki, Sübhan Babayev turnirdə əvvəlcə Litvalı Simonas Puniskis, Almaniyalı Nur Zakarye və İtalyan Mattia Turrinə qalib gəlib.