Bakı. Trend:
Avqustun 2-də Çində 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın İGE NNC RK Data Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar baş verib.
Zəlzələnin episentri 40,00 dərəcə şimal eni və 77,31 dərəcə şərq uzunluğunda yerləşib. Təbii fəlakətin enerji sinfi K=11.7, böyüklüyü isə mb=4.8 səviyyəsində qiymətləndirilib.
Hazırda zəlzələ nəticəsində xəsarət alanlar və ya dağıntılarla bağlı məlumat verilməyib.