...

Gənc cüdoçularımız Avropa Kubokuna uğurlu start veriblər

İdman Materials 2 Avqust 2025 22:43 (UTC +04:00)
Gənc cüdoçularımız Avropa Kubokuna uğurlu start veriblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın gənclərdən ibarət cüdo komandası Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa Kubokuna uğurlu start verib.

Trend xəbər verir ki, təmsilçilərimiz yarışın ilk günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Tatami üzərinə çıxan idmançılarımızdan Nihad Məmişov və Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev və Nizami İmranov (66 kq), eləcə də Abil Yusubov (73 kq) mübarizə aparıblar.

Finalda Nihad Məmişov komanda yoldaşı Fərid Qarayevə qalib gələrək qızıl medal qazanıb, Fərid isə gümüş medalla kifayətlənib. Digər qızıl medalı isə 73 kq çəki dərəcəsində çıxış edən Abil Yusubov əldə edib. Bürünc medala isə 66 kq çəki dərəcəsində yarışan Məhəmməd Musayev layiq görülüb.

Qeyd edək ki, Avropa Kubokuna sabah yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti